· 

広島城

Hamıya salam!

Mən "Hiroşima xaricdə təhsil" təmsilçisi Şəms Əzimova.

Hiroşimanı və onun görməli yerlərini bundan belə tanıtmaq, xarici tələbə kimi öz təəssüratlarımı bölüşmək kimi bir vəzifəm var. Könüllü kimi iştirak etdiyim bu cəmiyyətin üzvü olduğum üçün çox şadam və bundan belə də sizə gəzdiyim, gördüyüm yerləri həvəslə izah edəcəm.

Yaponiyada ilk dəfə getdiyim turistik məkan olan, Hiroşima qalasından başlayaq..

Hiroşima qalası şəhər mərkəzində yerləşir və İncəsənət Muzeyi, əsas ticarət mərkəzlərinə çox yaxındır. Qalanın içərisində isə tarixi nümunələr sərgilənir. Köhnə samuray geyimi ilə isə şəkil çəkdirmək turistlər üçün sərbəstdir. Şəkildə gördüyünüz kimi :D Ən üst mərtəbəyə qalxdıqda isə sizi Hiroşimanın mənzərəsi qarşılayır.

Hiroşimaya nə vaxt yolunuz düşsə mənə xəbər verin, sizə daha ətraflı izahlar edim 


皆さん、こんにちは!

ひろしま留学大使の アジモワ・シェムスです。

広島市の観光地、広島城を紹介しています。

初めて10月に見学で広島城に行って、非常に美しいと思いました。

広島市を訪れる方がぜひその歴史的なところをご覧ください!